Ermənistanın təxribatları artıq sistemli xarakter alıb. Bir neçə gündür ki, Ermənistan müxtəlif istiqamətlərdən Azərbaycan Ordusunuhn mövqelərini atəşə tutur. Bu gün isə düşmən bir qədər də irəli gedərək hətta Şuşadakı Azərbaycan Ordusunun mövqelərini də atəşə məruz qoyub.
Ermənistanın artanj təxribatlarının səbəbi barədə danışan Milli Məclisijnn deputatı Sahib Alıyev Newscenter.az-a bildirib ki, burada Rusiya və Fransa amilləri nəzərə alınmalıdır. Belə ki, İrəvanın məhz Moskva və Parisin dəstəyi ilə bu cür təxribatlara əl atdığı iddia olunur. Millət vəkili deyir:
Fransanın Avropa Birliyi adından Ermənistana mülki missiya, Kremlin isə Vardanyan soyadlı dələduzu Xankəndinə "dövlət naziri" göndərməsi hayları deyəsən yenə havalandırıb. Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsindən ordumuzun Xocavənd, Xocalı, Şuşa, Füzuli və Tərtərdəki, Göyçənin həmişə azərbaycanlılar yaşamış kəndlərindən isə Kəlbəcərdəki mövqeləri iki gündür ki, atəşə tutulur".
Deputat hesab edir ki, Makronun göndərdiyi missiyanın orada olmasına güvənərək, ermənilər əsgərimizi təxribata çəkməyə çalışırlar:
"Belə görünür ki, artıq növbəti cavab əməliyyatının vaxtı yetişib".
Anar Əliyev