Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat seçicilərinin problemlərini dinləyib-FOTOLAR -ÖZƏL

Deputat seçicilərinin problemlərini dinləyib-FOTOLAR


Milli Məclisin deputatı Jalə Əhmədova noyabrın 21-22-si tarixlərində Salyan rayonunda seçicilərinin qəbulunu keçirib. Bu barədə Newscenter.az-a məlumat verən millət vəkili bildirib ki, Salyan şəhərində yerləşən deputat ofisində baş tutan qəbulda şəhid ailələri, qazilər, Qarabağ müharibəsi iştirakçıları və digər rayon sakinləri olmaqla, ümumilikdə 60-a yaxın seçici iştirak edib.

Deputat Jalə Əhmədova onları dinləyib, problemləri ilə maraqlanıb:

"Seçiciləri narahat edən məsələlər barədə qeydiyyatlar aparıb, problemlərin həlli üçün səlahiyyətlərim çərçivəsində bacardığım köməkliyi əsirgəməyəcəyimi bildirdim. Qəbul zamanı vətəndaşlar əsasən işsizlik, pensiya, əlillik, sosial müavinət məsələləri ilə bağlı problemləri səsləndirdilər".

Ruhiyyə
Xəbəri paylaş