Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Departamentinin qadağası nədən xəbər verir? -ÖZƏL

Dövlət Departamentinin qadağası nədən xəbər verir?


Birləşmiş Ştatların Dövlət Departamenti Ermənistandakı səfirliyinin əməkdaşlarına Qarabağa və bu ölkənin Azərbaycanla sərhəd rayonlarına səfər etməyi yasaqlayıb. Qarabağdakı qeyri-qanuni erməni birləşmələrinin növbəti təxribatları fonunda Dövlət Departamenti tərəfindən tətbiq edilən qadağa Azərbaycanla Ermənistan arasında növbəti hərbi əməliyyatların baş vermə ehtimalından irəli gələ bilər. Bu qənaətə “Xəbər Mərkəzi” Analitik Qrupu gəlib.

Qrupdan Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, ən son Ağdam və Xocalı istiqamətində qeyri-qanuni erməni silahlılarının təxribat xarakterli addımlar atması Azərbaycanla Ermənistan arasında növbəti hərbi qarşıdurma riskini artırıb:

“Görünür Dövlət Departamenti sərhəddə yeni hərbi qarşıdurmaların olacağı qənaətindədir. Səfirlik əməkdaşlarına edilən xəbərdarlıq da bundan irəli gəlir”.

Analitik Qrup hesab edir ki, bu günlərdə Birləşmiş Ştatların dövlət katini Antoni Blinkenin Azərbaycan və Ermənistan liderlərinə zəng edərək sülh müqaviləsi ilə bağlı məsələni müzakirə etrməsi də Vaşinqtonun növbəti hərbi əməliyyatların başlaması narahatlığından irəli gəlir.


Mehman
Xəbəri paylaş