Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın elə bir hərbi gücü yoxdur ki, yeni müharibəyə başlasın-DEPUTAT -ÖZƏL

Ermənistanın elə bir hərbi gücü yoxdur ki, yeni müharibəyə başlasın-DEPUTAT


Son günlər sərhəddə erməni təxribatlarının sayı artıb. Gündəlik bir neçə istiqamətdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutan düşmən cavab atəşi ilə susdurulsa da, lakin sözügedən mənfi tendensiya davam edir. Hadisələrin bu cür gedişi isə yenidən hərbi əməliyyatların başlaması ehtimallarını artırır. Bəzi eksprtlər Azərbaycan Ordusunun yenidən düşmənə qarşı ciddi tədbirlər görəcəyini, sərhəddə aktiv döyüşlərin gedəcəyini proqnozlaşdırsa da, lakin bunun əksini düşünənlər də var. Elə Milli Məclisin deputatı Nəsib Məhəməliyev də hesab edir ki, sərhəddə artan erməni təxribatları geniş miqyaslı hərbi qarşıdurmaya səbəb olmayacaq.

Newscenter.az-a verdiyi açıqlamada millət vəkili bunları deyib:

"Düşünmürəm ki, son günlər sərhəddə artan erməni təxribatları, geniş miqyaslı hərbi qarşıdurmaya səbəb olsun. Ermənistanın elə bir hərbi gücü yoxdur ki, yeni müharibəyə başlasın. Əsas himayədarı, Rusiyanın, kifayət qədər öz problemləri var. Burada, İranın və Fransanın destruktiv fəaliyyətlərini görürük".

Nəsib Məhəməliyev bildirib ki, erməni diasporası, lobbi təşkilatları və keşmiş Qarabağ klanını təmsil edən revanşist qüvvələr, Azərbaycanın qələbəsini həzm edə bilmir:

"Təxribatlar, Cənubi Qafqazda gərginliyin saxlanılmasında maraqlı olan, xarici qüvvələrin təsiri ilə, məhz onlar tərəfindən törədilir".

Anar Əliyev
Xəbəri paylaş