Birləşmiş Ştatların Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Rikerin bu günlərdə ATƏT-in Minsk qrupu ilə bağlı söylədiyi fikirlər artıq Vaşinqtonun da sözügedən qrupun olmadığı reallığı ilə barışdığını göstərir. Bəs görəsən, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ciddi cəhdlə Minsk qrupunu diriltməyə çalışan ABŞ-ın mövqeyinin dəyişməsinin səbəbi nədir?
Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məcliisin deputatı Nəsib Məhəməliyev Newscenter.az-a bildirib ki, əslində, Filip Rikerin təyinatı Minsk qrupunun bərpa olunmasına hesablanmışdı. Ancaq, Prezident İlham Əliyevin, Minsk qrupunun fəaliyyətinə xitam verildiyi barədə, ciddi xəbərdarlıqlarından sonra, keçmiş həmsədr ölkələr mövqelərində dəyişiklik etmək məcburiyyətində qaldılar:
“Eyni zamanda, bu 3 ölkə, öz aralarında düşmənçilik səviyyəsindədirlər və onların birgə, məhsuldar fəaliyyəti, mümkünsüzdür. Necə ki, 30 ildə heç nəyə nail olmadılar. Azərbaycan, tək başına onların həll edə bilmədiyi problemi həll etdi. Rikerin bəyanatı, faktiki olaraq, ATƏT-in Minsk qrupunun olmadığının etirafıdır və reallığı əks etdirir”.
Anar Əliyev