"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi tədbirində çıxışı zamanı cəmiyyətimizi düşündürən bir səra məsələlərə aydınlıq gətirməklə yanaşı, Yeni Azərbaycan Partiyasının üzvləri qarşısında da növbəti mərhələ üçün vəzifələr qoydu, partiyasının bundan sonrakı fəaliyyəti barədə öz fikirlərini bölüşdü. Hesab edirəm ki. Cənab Prezidentin geniş və əhatəli, dərin məzmuna malik çıxışı hər bir partiya üzvü üçün strateji xətt olmalıdır".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədrinin sözlərinə görə, ümumi strateji xətt ondan ibarətdir ki, Azərbaycanda Heydər Əliyev yolu davam etdirilməlidir və etdiriləcək də:
"Çünki Azərbaycanın bu günkü durumu, əldə etdiyi nailiyyətlər məhz uğurla davam etdirilən Heydər Əliyev strategiyasının nəticəsidir. Bu strategiya və yol Azərbaycanı daha da irəli aparacaq".
Mehman