Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəvan Türk Dövlətləri təşkilatına üzvlük üçün müraciət etsin -ÖZƏL

İrəvan Türk Dövlətləri təşkilatına üzvlük üçün müraciət etsin


Bu günlərdə Beynəlxalq Frankofoniya Təşkilatının 18-ci sammiti keçirilib. Sammitin yekunu olaraq qəbul edilən sənədələrdə, həmçinin “Frankofoniya ərazisində böhranlı vəziyyətlər, onların aradan qaldırılması və sülhün möhkəmləndirilməsi haqqında” qətnamədə Ermənistana dəstək və həmrəylik nümayiş etdirilib.

Newscenter.az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini ifadə edən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud deyib ki,Beynəlxalq Frankofoniya Təşkilatının əsas missiyası Fransanın keçmiş və hazırkı koloniyaları üzərində mədəni və iqtisadi ekspansiyasını qoruyub saxlamağa yardım etməkdir. Onun sözlərinə görə, bu təşkilatın bir neçə gün öncə Tunisinin Cerbs şəhərində keçirilmiş 18-ci Sammitində qəbul edilmiş yekun bəyannamənin mətnində Ermənistan və Fransanın təkidi ilə Azərbaycana qarşı düşmənçilik mövqeyindən qaynaqlanan qərəzli ifadələrin yer almasına mane olaraq öz meydanında Fransaya meydan oxuyan Mərakeş, Albaniya, Rumıniya, Moldova və Cibuti dövlətinə təşəkkür borcumuz var:

"Maraqlıdır, Ermənistan nə əvvəllər Fransanın koloniyası olub, nə də əhalisi fransızdillidir. Əgər əhalinin ana dilindən sonra çox bildiyi xarici dilə görə Ermənistan hansısa təşkilata üzv olsa onda gərək rəsmi İrəvan ilk növbədə Türk Dövlətləri təşkilatına üzvlük üçün müraciət etsin. Çünki Ermənistanda türk dilini bilən vətəndaşların sayı, fransızdilli vətəndaşlardan xeyli çoxdur".

Anar Əliyev
Xəbəri paylaş