"Rusiya prezidenti Vladimir Putinin Irəvana səfərində məqsəd noyabrın 23-də keçiriləcək KTMT sammitində iştirak etməkdir".
Bu fikirləri Newscenter.az-a səsləndirən politoloq Vüqar Dadaşov deyib ki, Putinin beynəlxalq siyasi diskussiya platformalarında arzuolunmaz şəxs kimi özünün potranajında olan KTMT sammitində iştirakı həm də şəxsi mənada onun varlığını və Rusiyanın keçmiş SSRİ ərazisində hələ də söz sahibi olduğunu nümayiş etdirməkdir:
"Artıq bəllidir ki, KTMT hərbi təşkilat kimi yararsız təşkilatdır, ancaq formal olsa da təşkilatın ayaqüstə saxlanması Rusiya üçün olduqca vacibdir. Digər tərəfdən Putin üçün bu səfər həmçinin Ermənistanın Qərbə inteqrasiyasının qarşısını almaq, rəsmi İrəvanın KTMT-dən çıxmağı barədə istəklərinə mane olmaq üçün növbəti fürsətdir. Təbii ki, Ermənistanın KTMT-dən və ümumiyyətlə Rusiyadan narazılığı 44 günlük müharibəyə və ondan sonrakı dövrdə Rusiyanın Ermənistanın istədiyi kimi Azərbaycana qarşı bir başa iştirak etməməsidir. Ancaq o da bəllidir ki, 44 günlük müharibədə Rusiya Ermənistana bütün mümkün hərbi kömək göstərib və faktiki olaraq Azərbaycana qarşı tərəf olub. Rusiyanın formal tərəfsizliyi ancaq görünüş olub".
Anar Əliyev