Misir prezidentinin Azərbaycana səfər etməsi əlaqələrin daha da inkişaf etməsinə böyük töhfələr verəcək.
Bu fikirləri Newscenter.az-a Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov səsləndirib. O bildirib ki, iqtisadi sahədə əlaqələri daha da inkişaf etdirmək üçün hər iki ölkənin böyük bir potensialı var:
"Hər iki ölkə önəmli bir yerdə, çoğrafi mövqedə yerləşirlər. Misir ordusu dünyanın ən güclü ordularından biridir. Həmçinin bu ölkə dünyanın ən nüfuzlu dövlətlərindən biridir. Son günlərdə Misirdə keçirilən ətraf mühitin qorunması ilə bağlı beynəlxalq konfransda dünyanın aparıcı dövlətlərinin liderlərinin iştirak etməsi də Misirin nə qədər güclü bir ölkə olduğunu artıq açıq-aşkar göstərir".
Cəmiyyət sədri qeyd edib ki, Misir kimi Azərbaycanda sürətli inkişafın getdiyini müşahidə edirik:
"Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, qarşılıqlı səfərlər iqtisadi əlaqələrimizin daha da inkişafına töhfələr verəcək".
Anar Əliyev