2023-cü ildə "Heydər Əliyev İli" ilə bağlı Misir Ərəb Respublikasında da bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu barədə məlumatı Newscenter.az-a Misir Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov verib. O bildirib ki, keçiriləcək tədbirlər əsasən Misirdə ali təhsil alan misirli gəncləri, eləcə də bu ölkəyə oxumağa gələn xarici tələbələri əhatə edəcək:
"Hansı ki, həmin tələbələr, gənclər Azərbaycan dilinin öyrənilməsinə çox böyük maraq göstərir və Azərbaycan dili kurslarına qatılırlar. Biz də Misir Azərbaycan Dostluq Cəmiyyəti olaraq həmin gənclər, tələbələr arasında Heydər Əliyevlə bağlı müsabiqə keçirməyi düşünürük".
Seymur Nəsirov həmçinin rəhbərlik etdiyi cəmiyyətin "Heydər Əliyev İli" ilə bağlı bir sıra digər tədbirlər keçirməyi nəzərdə tutuduğunu da vurğulayıb.
Anar Əliyüv