Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sarıbaba yüksəkliyi istiqamətində Ermənistanda istehsal edilmiş piyada əleyhinə minalar zərərsizləşdirilib

Sarıbaba yüksəkliyi istiqamətində Ermənistanda istehsal edilmiş piyada əleyhinə minalar zərərsizləşdirilib


Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə tədbirlərini davam etdirir.

Mehman
Xəbəri paylaş