"İran səbəb nə olursa olsun Azərbaycan və Türkiyənin acığına olaraq Ermənistanla bu qədər yaxından qucaqlaşmamalı idi".
Newscenter.az xəbər verir ki, bu fikirləri AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli səsləndirib. Onun sözlərinə görə, Tehranda anlamalıdırlar ki, türklər bu ölkənin milli azlıqı deyil, dövlət qurucu xalqıdır:
"Tehran dövlətçiliyini qoruyub saxlamaq istəyirsə, sütun xalq türklərə hakimiyyəti təhvil verməlidir. Əks halda xarici qüvvələr milli azlıqlar olan fars, kürd, ərəb, beluclardan istifadə edəcək. Bu isə İran üçün yaxşı sonluğa gətirib çıxarmayacaq".
Mehman