Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

44 günlük müharibə Ermənistana dərs olmayıb -ÖZƏL

44 günlük müharibə Ermənistana dərs olmayıb


"Görünən odur ki, Ermənistan indiki vəziyyətdə sülh, sabitlik deyil, müharibə, gərginliyə maraqlıdır. Əks halda son vaxtlar sərhəddə təxribatları intensivləşdirməzdi". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb.

Newscenter.az-a qrupdan daxil olan açıqlamada bildirib ki, sərhəddə artan erməni təxribatları Azərbaycan Ordusunu daha bir əməliyyat keçirməyə məcbur edir:

"Görünən odur ki, nə 44 günlük müharibə, nə də ondan sonra Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrinə qarşı həyata keçirilən tədbirlərdən Ermənistan dərs götürməyib. Əks təqdirdə İrəvan kənar qüvvələrin dəstəyinə arxayın olaraq sərhəddə təxribatlar həyata keçirməsi".

*Xəbər Mərkəzi" Analitik Qrupu hesab edir ki, indiki halda Ermənistan əsasən üç dövlətə güvənərək təxribatlara əl ataraq yeni gərginlik, genişmiqyaslı hərbi əməliyyatlara rəvac verir:

"Bunlar Fransa. İran və Rusiyadır".

Mehman
Xəbəri paylaş