Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının təsdiq edilməsi Qarabağa Böyük Qayıdışın tez bir zamanda baş verəcəyi ümidlərini artırıb. Həm ötən iki il ərzində azad edilən ərazilərdə görülən quruculuq-abadlıq işləri, həm də qəbul edilən sözügedən sənəd belə deməyə əsas verir.
Newscenter.az-ın xəbərinə görə, Türk Ağsaqqallar Birliyinin təsisçisi Ramin Əhmədov deyib ki, 44 günlük Vətən Müharibəsində olduğu kimi, bu gün də dünyanı heyrətləndirməyə davam edirik. Onun sözlərinə görə, bu dəfə quruculuq işləri, əzəli torpaqlarımıza qayıdış və məskunlaşma prioritetlərini əhatə edən dövlət proqramları ilə:
"Onlardan biri və tarixi əhəmiyyət daşıyan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”dır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş bu proqrama əsasən yaxın üş ildə işğaldan azad edilmiş ərazilərimizə 34 500 ailə köçürüləcək. Bu məqsədlə azad edilən ərazilərdə 2026-cı ilədək 35 minə yaxın mənzil və fərdi yaşayış evi inşa ediləcək. Dövlətimizin yüksək iqtisadi potensialından, etibarlı tərəfdaş olaraq xarici investorların bölgəyə cəlb olunması xüsusunda geniş imkanlara malik olmasından xəbər verən bu proqramın icrası, heç şübhəsiz ki, məcburi köçkünlərin öz ata-baba torpaqlarına qaydışını sürətləndirəcək, həmin ərazilərin qısa müddət ərzində dirçəlməsinə və sosial-iqtisadi cəhətdən inkişaf etməsinə səbəb olacaq. Burada söhbət yeni iş yerlərinin yaradılmasından, kənd təsərrüfatı, turizm, istehsalat sahələrinin inkişafından gedir ki, bütün bunla rda əlbəttə ki, ölkəmiz üçün yeni imkanlar, gemiş anlamda isə daha təminatlı gələcək deməkdir".
Ramin Əhmədov deyib ki, post-müharibə quruculuğunda da Azərbaycan yeni nümunələr yaradır.
Anar Əliyev