Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan İranla bağlı bütün məsələlərdə xüsusi həssaslıqla yanaşıb -ÖZƏL

Azərbaycan İranla bağlı  bütün məsələlərdə xüsusi həssaslıqla yanaşıb


İran bir tərəfdən mehriban qonşuluq münasibətlərindən danışıb Azərbaycanla bir müddətdir ki, yaranmış gərginliyi aradan qaldırmağa maraqlı olduğunu bəyan edir, digər tərəfdən isə öz ənənəsinə sadiq qalaraq ölkəmizə qarşı məkirli planlarını davam etdirir, işğalçı Ermənistanla eyni sırada qərarlaşır.

Yeni Azərbaycan Partiyasının üzvü Əli Paşayev isə deyir ki, cənub qonşumuzdan fərqli olaraq Azərbaycan İranla bağlı bütün məsələlərdə xüsusi həssaslıqla yanaşıb.

Hakim partiya rəsmisi Newscenter.az-a bildirib ki, ölkəmizin son dövrlərdə daha da güclənməsi, tarixi torpaqlarını müharibə yolu ilə geri qaytarması və s. bu kimi uğurları bəzi ölkələri narahat edir:

"Belə ölkələrdən biri də məhz İran İslam Respublikasıdır. Son günlərdə cənub qonşumuz İranın anti-Azərbaycan xarakterli hərəkətləri, ölkəmizə qarşı ikili münasibət nümayiş etdirməsi ictimaiyyət arasında da birmənalı qarşılanmır və bu hal Azərbaycan ictimaiyyəti tərəfindən şiddətlə qınanılmaqdadır".

Mehman
Xəbəri paylaş