Noyabrın 24-də BMT-nin İnsan Haqları Təşkilatının növbədeənkənar iclası keçiriləcək. Növbədənkənar iclasda İranda baş verən etiraz aksiyaları və İran hakimiyyətinin xalqa qarşı həyata keçirdiyi qətliamlar ətrafında müzakirə aparılacaq.
Bu barədə Newscenter.az-a məlumat verən Güney Azərbaycanın Sulduz vilayətindən olan Rəhim Sulduzlu deyib ki, BMT-nin İnsan Haqları Təşkilatının növbədənkənar iclasının keçirilməsi təşəbbüsü qurumun Almaniya və İslandiyadan olan nümayındələri tərəfindən irəli sürülüb.
Növbədənkənar iclas BMT-nin İsveçrənin Cenevrə şəhərindəki ofisində olacaq.
Mehman