İşğaldan azad edilmiş ərazilərimizə investisiya yatırılmasına ayrı-ayrı ölkələrdə biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlı iş adamları da maraq göstərirlər. Belə iş adamlarından biri də Almaniyada fəaliyyət göstərən Sevara Groupun rəhbəri Rəşad Quliyevdir.
Newscenter.az-a Rəşad Quliyev deyib ki, Sevara Groupun Laçın rayonu, Həkəri çayı sahilində yerləşməsini nəzərdə tutduğu “CamperPark Hakari-Lachin” layihəsinə Diaspora Komitəsindən də dəstək verilib:
"Bu gün müsbət rəy alındı və Azərbaycana gələr-gəlməz Laçın rayonuna səfər edərək, ərazi ilə tanışlıq, yerləşmə planı və s. yerində müzakirə ediləcək. Əməyi keçən bütün dostlara təşəkkür edirəm. Bir Laçınlı olaraq gözəl Qarabağ və Zəngəzurda, Azərbaycanda indiyə qədər mövcud olmayan Proyekti həyata keçirməkdən qürur hissi duyuram".
Mehman