Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya göz yumarsa, İran bəşəriyyətin unuda bilməyəcəyi qətliam həyata keçirəcək -ÖZƏL

Dünya göz yumarsa, İran bəşəriyyətin unuda bilməyəcəyi qətliam həyata keçirəcək


“Başda Güney Azərbaycan olmaqla İran adlanan ölkədə vəziyyət çox gərgindir. Hazırda İranda adı bəlli olmayan bir çevrilişlə qarşı-qarşıyayıq. Belə ki, terrorçu İnqilab Keşikçiləri İran İntizam Qüvvələrinin formasını geyinərək bir çox şəhər və vilayətlərdə qətliam törədirlər”.

Bu fikirləri Newscenter.az-a Güney Azərbaycanın Sulduz vilayətindən olan Rəhim Sulduzlu səsləndirib. O bildirib ki, Tehran şəhərinin valisi də dəyişdirilərək onun yerinə İnqilab Keşikçiləri Qüvvələrinin polkovniki təyin olunub:

“Bu qrupun terrorçu rəsmilərinin digər üzvləri də vəziyyətin daha gərgin olduğu vilayətlərə təyinat alır”.

Rəhim Sulduzlu onu da deyib ki, kürdlərin yaşadığı şəhər və vilayətlərdə rejim böyük qətliamlar törədib:

“Vəziyyət getdikcə daha da gərginləşir. Etirazları yatırmaq üçün rejim əfqanlar, iraqlılar və livanlılardan ibarət olan terrorçu qrupları İrana gətirib. Əgər dünya buna göz yumarsa İran bəşəriyyətin unuda bilməyəcəyi bir qətliam həyata keçirəcək”.

Mehman
Xəbəri paylaş