Xankəndidə Moskvadan göndərilən Vardanyan adlı dələduz "baş nazir" elan olunmuşdu. indi də Ermənistanın keçmiş xarici işlər naziri Oskanyan özünü sözdə dövlətin xarici işlər naziri təyin edib. Bunlar ağalarının təhrikiylə 10 noyabr sazişindən faktiki olaraq imtina edirlər.
Bu fikirləri Newscenter.az-a Türk-İslam Araşdırmalar Mərkəzinin direktoru Telman Nüsrətoğlu səsləndirib. Mərkəz rəhbəri əmin olduğunu bildirib ki, dövlətimiz ən qısa zamanda hərəkətə keçib Laçın yolunda sərhəd keçid məntəqəsi quraraq separatist ünsürlər və Qarabağ zəfərindən dərs almayıb hələ də suverenliyimizə müdaxilə həvəsiylə yaşayanlara layiqli dərsi verəcək:
"Erməni faşizmi və Moskvada , Parisdə müstəmləkə xəyalları quran çevrələrin ümidlərini birdəfəlik dəfn etməyə az qaldı".
Mehman