“Ermənistan KTMT-dən çıxmaq məsələsi ilə faktiki olaraq Rusiyanı şantaj edir”.
Bu fikirləri Newscenter.az-a səsləndirən politoloq Vüqar Dadaşov deyib ki, İrəvan Azərbaycana qarşı Rusiyanın mövqeyinin daha da sərtləşməsinə, Ermənistan Azərbaycan sərhədlərinin delimitasiyasında Ermənistan maraqlarının təmin edilməsinə nail olmaq istəyir:
"Sözsüz ki, Paşinyanın Putinin İrəvan səfərində maksimum istəyinə çatmaq üçün və Putindən vədlər almağa çalışacaq".
Natiq onu da deyib ki, Putinin Ermənistan səfərinin gərgin keçəcəyi şübhəsizdir:
"Ancaq qarşılıqlı olaraq vədlər, sövdələşmələr mümkündür və təbii ki, sövdələşmələrin mövcudluğu Ermənistan Azərbaycan arasında təxribat və gərginliklə özünü göstərəcək. Ancaq fakt odur ki, Putin və Paşinyan arasında hər hansı razılaşma Azərbaycan üçün sədd yarada bilməz, doğrudur çətunliklər mümkündür, ancaq nəticə Qalib Azərbaycanın istəklərini əks etdirəcək".
Anar Əliyev