Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçirilən toplantısından Ermənistanın gözləntilərinin reallaşmayacağı əvvəlcədən bəlli idi. Çünki təşkilata üzv olan heç bir ölkə Ermənistandan dolayı Azərbaycanla münasibətləri gərginləşdirmək istəmir.
Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupunun açıqlamasında yer alıb. Analitik Qrupdan Newscenter.az-a daxil olan açıqlamada qeyd edilib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünə, onun təhlükəsizliyinə heç bir təhdid təşkil etmədiyindən, öz suveren ərazilərini bərpa etməyə çalışdığından KTMT və Ermənistan xaric olmaqla ona üzv ölkələr də Azərbaycanın mövqeyinə, fəaliyyətlərinə hörmət və ehtiramla yanaşırlar:
"Təbii ki, burada Azərbaycan dövləti və onun rəhbərinin həyata keçirdiyi uğurlu xarici siyasət kursu əsas rol oynayır. Məhz həmin uğurlu siyasət nəticəsində Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında belə özünə müttəfiq tapıb".
Qrup bəyan edir ki, bu Ermənistanın KTMT-dəki fiaskosu sayıla bilər.
Mehman