Güneydə insanlıq dramı yaşanır. Yüzlərlə insan qətlə yetirilir, həbslərə atılır.
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Rusif Məmmədsoy deyib ki, artıq buna dur deməyin zamanıdır:
"Bu molla rejimi hakimiyyətdən getmədikcə bölgədə sülhdən, əminamanlıqdan söhbət belə gedə bilməz. İran viran qalmalıdır, başqa yol yoxdur".
Qeyd edək ki, noyabrın 21-dən etibarən İran hakimiyyəti molla rejiminə qarşı çıxan xalq kütlələrinə xüsusi qəddarlıq nümayiş etdirməıyə başlayıblar. Təkcə Azərbaycanın Güneyində yaşayan soydaşlarımıza qarşı həyata keçirilən sərt cəza tədbirləri nəticəsində onlarla şəxs rejim qüvvələri tərəfindən qətlə yetirilib.
Mehman