Cənub qonşumuz İranın Azərbaycan əleyhinə fəaliyyətləri cəmiyyətin bütün təbəqələri tərəfindən etirazla qarşılanıb. Siyasi təsisatlarla yanaşı, ictimai təşkilatlar da Tehranın antiAzərbaycan siyasətini sərt tənqid ediblər.
Regional İnkişaf İctimai Birliyinin üzvü, ictimai fəal Xəyal Məmmədəliyev Newscenter.az-a bildirib ki, hər zaman İslam birliyindən və həmrəyliyindən dəm vuran, özünü dünya müsəlmanlarının bir nömrəli təəssübkeşi kimi qələmə verən İran tərəfinin sözləri ilə əməlləri heç bir halda üst-üstə düşmür. Onun sözlərinə görə, bu xüsusda İran İslam həmrəyliyinə zidd olan siyasət yürüdür:
"Amma bunların heç bir nəticəsi yoxdur. Çünki güclü və İslam dəyərlərinə sadiq olan Azərbaycan özünün dünyəvi dövlət siyasəti ilə hər zaman dostluğa, qonşuluğa sadiq olub. Beynəlxalq hüquq xarici diplomatiyanın əsasını təşkil etməlidir. Azərbaycan dövləti hər zaman bu prinsiplərə sadiq qalır. Əməkdaşlıq sazişləri və münasibətlərin düzənlənməsi zamanı dövlətimiz beynəlxalq hüquq normalarını qorumaqla yanaşı,bərabərhüquqlu tərəfdaşlıgın müdafiəçisi olub.Azərbaycan İranla bağlı məsələlərə də hər zaman xüsusi həssaslıqla yanaşıb".
Mehman