Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İslahatların sürətləndirilməsində əsas yük iqtidarın üzərinə düşür

İslahatların sürətləndirilməsində əsas yük iqtidarın üzərinə düşür


Noyabr ayının 21-də YAP-nın yaradılmasının 30 illik yubileyi ilə əlaqədar tədbirə müxalif siyasi partiyaların sədrlərin dəvət edilməsini Təkamül Partiyası olaraq təqdir edirik və bunu Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə formalaşan yeni siyasi kofiqurasiyanın daha da genişlənməsi və dərinləşməsi, 44 günlük Vətən müharibəsi dövründə əldə edilmiş milli birliyin qorunnnub saxlanılması və inkişaf etdirilməsi istiqamətində atılmış önəmli addım hesab edirik.

Bu fikirləri Newscenter.az-a Təkamül Partiyasının sədri Teyyub Əliyev səsləndirib. Partiya sədri daha sonra qeyd edib:

“Vətən mühribəsi dövründə əldə edilmiş təcübə göstərdi ki, milli birlik bərqərar olan yerdə qarşıya çıxan istənilən problemi həll etmək mümkündür. Təbii dir ki, ölkədə milli birliyin əldə edilməsində, siyasi, sosial-iqtisadi və digər sahələrdə islahatların sürətləndirilməsində əsas yük iqtidarın və indiki dönəmdə onu formalaşdıran YAP-nın üzərinə düşür".

Partiya sədri qeyd edib ki, tədbirdə çıxış edən YAP-nın sədri, Prezident İlham Əliyev ölkəmizdə baş verən proseslərdə, həm siyasi, həm də social-iqtisadi və hərbi sahələrdə aparılan islahatlarda iqtidar partiyası olaraq YAP-nın, onun ilk lideri, mərhum Heydər Əliyevin, xüsusi rol oynadığını diqqətə çatdırdı və bundan sonra da özünün rəhbərliyi altında YAP-nın Heydər Əliyevin siyasətini davam etdirəcəklərini bəyan etdi:

"Son illər, xüsusilə 2003-cü ildən sonra, ölkəmisdə aparılan siyasi, iqtisadi, social və hərbi sahələrdə aparılan islahatlar sayəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, iqtisadi və hərbi cəhətdən regionumuzun ən qüdrətli dövlətinə çevrilmiş, beynəlxalq aləmdə mövqeyimiz xeyli dərəcədə möhkəmlənmişdir. Ancaq qeyd edilən tədbirdə İlham Əliyevin dediyi kimi: “Bu gün hələ də görüləsi işlərimiz çoxdur. İqtisadiyyatımızın səffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə-bütün bunlar gündəlikdə duran məsələlərdir”. Hakimiyyət strukturlarında, iqtisadiyyatın aparıcı sahələrində rəhbər vəzifə daşıyan şəxslərin mütləq əksəriyyətinin YAP-nın üzvülərinin olduğu nəzərə alınaraq demək olar ki, İlham Əliyevin qeyd etdiyi neqativ halların aradan qaldırılmasında əsas məsuliyyət YAP-nın üzərinə düşür. Ümid edirk ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP öz üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəkdir".

Mehman
Xəbəri paylaş