Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Misir-Azərbaycan əlaqələri yüksək səviyyədədir. -ÖZƏL

Misir-Azərbaycan əlaqələri yüksək səviyyədədir.


Misirin Azərbaycanla əlaqələri çox yüksək səviyyədədir.

Belə bir açıqlama ilə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov Newscenter.az-a bildirib ki, Misirin dövlət universitetlərində Azərbaycan dilinin tədris olunması, iki ölkə arasında müxtəlif sahələrdə müqavilələrin imzalanması, prezidentlərin bayramlarda bir-birilərini təbrik etməsi fonunda biz bunu açıq-aşkar görürük:

"Bir sözlə əlaqələrimiz yüksək səviyyədədir. Dövlət başçılarının müraciətlərində əziz qardaşım, doğma Azərbaycan xalqı kimi ifadələrin işlədilməsi ölkələr arasındakı əlaqələrin ən yüksək səviyyədə olduğunu təsdiq edir. Bir sözlə Misirlə Azərbaycan arasında əlaqələr günü -gündən inkişaf edir".

Anar Əliyev
Xəbəri paylaş