Özbəkistanda “Heydər Əliyev İli” ilə əlaqədar olaraq bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Bu barədə məlumatı Newscenter.az-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov verib. O bildirib ki, həyata keçiriləcək tədbirlər çərçivəsində ulu öndərin 100 illik yubileyi ilə əlaqədar Özbəkistanın paytaxtı Daşkənd şəhərinin mərkəzi parkında 100 ağacın əkilməsi nəzərdə tutulub:
“Bundan başqa Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanda “Heydər Əliyev-100” poçt markasının buraxılması planlaşdırılır”.
Anar Əliyev