"Putinin Ukrayna səhvi Rusiya üçün tarixin ən böyük dərsi olacaq, müharibənin Moskva üçün faktiki nəticəsindən asılı olmayaraq Rusiya bir mənalı olaraq məğlub tərəfdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Dadaşov səsləndirib. O bildirib ki, əslində isə müharibənin əsas məğlub tərəfi Putin və onun iqtidarı deyil, şovinist meyilli, işğalçı mahiyyətli ruslardır:
"24 fevrala kimi dünyanın 2-ci ordusu kimi tanınan rus ordusunun, böyük nüfuza malik Putinin, az qala dünyaya iradəsini yeridən Kremlin imici yerlə yeksan olandan sonra, Rusiyanı elə öz "müttəfiq"ləri çırpmağa, əzməyə başladı. Birinci olaraq rusları onların "əbədi və etibarlı" müttəfiqi Ermənistan təpikləməyə başladı. Avropaya inteqrasiyaya başlayan, KTMT-dan çıxmaq, Ermənistandan rus hərbi bazalarını çıxarmağı tələb edən rəsmi İrəvan milli xislətinə uyğun olaraq Rusiyadan üz döndərdi, satdı. Ukraynada müharibəyə qədər Paşinyanı adam saymayan, salam verməyən Putin, indi İrəvana gedir ki, Paşinyanı qucaqlasın".
Vüqar Dadaşov deyib ki, İran da Rusiyanı ayaq altına alıb:
"Ukraynada məğlub olan rus ordusu, texnikası Tehran molla rejiminin keyfiyyətsiz PUA-larından, raketlərindən asılı duruma düşdü. Çarəsiz və İran dövlətindən asılı düşən Rusiya fars molla rejiminin Ermənistan iştahası ilə üz-üzə qalıb. Ermənistana verilən rus qazının fars qazı ilə əvəz edilməsi faktı Rusiyanın sövdələşmiş "müttəfiqlərinin" xəyanətinin sübutudur. Susmağa məcbur qalan Rusiya Ermənistanda əsas iqtisadi rıçaq və gəlirlərini Tehrana məcbur güzəşt edir".
Politoloqun sözlərinə görə, Rusiyanın arxayınlıqla Ukraynada müharibəyə başlamasından bəlkə də vacibi özünə dürüst müttəfiq seçməməsidir:
"Təbii ki, dəfələrlə tarixdə satqın, naxələf kimi tanınan millətlərin, saxta "qədim tarixli" qondarma dövlətlərin xəyanətini görməmək mümkünsüz idi. Hərçənd ki, Rusiya ancaq öz milli xüsusiyyətlərinə uyğun millətləri özünə müttəfiq seçə, saxta Tehran, Ermənistanı ancaq tapa bilərdi. Necə deyərlər: su çuxuru tapan kimi. Rusiya layiq olduğu sonluğu yaşayır. Ancaq heç olmasa bundan sonra ruslar Puşkinin, Lermontovun, Qribayedovun və sair tanınmış şəxslərin, klassiklərinin məsləhətlərinə qulaq versinlər".
Mehman