Milli Qeyri-Hökumət Təşkilatları Forumunun qurultayı ertələnib. Bu barədə Newscenter.az-a açıqlamanı Mili QHT Forumunun prezidenti Rauf Zeyni verib. O bildirib ki, qurultayın ilkin məırhələdə noyabrın 12-də keçirilməsi nəzərdə tutulsa da, lakin müəyyən texniki səbəblərdən qurultayın vaxtı ertələnib:
"Hesab edirəm ki, bu ilin sonuna qədər Milli QHT Forumunun qurultayını keçirə biləcəyik".
Qeyd edək ki, bu Milli QHT Forumunun sayca 10-cu qurultayı olacaq. Qurultayda Forumun rəhbərliyi və İdarə Heyətinə seçkilər keçiriləcək.
Anar Əliyev