İran sistemli olaraq Azərbaycan əleyhinə iş aparır. Zaman-zaman din pərdəsi adı altında Azərbaycana potensial terrorçu ixrac edən Tehran lazım olanda onlardan Azərbaycana qarşı nəzərdə tutduğu təxribatlarda yararlanmağı hədəfləyir. Bir müddət əvvəl İranın Azərbaycanda iki casus şəbəkəsinin aşkarlanması da bunun sübutudur. Elə siyasi şərhçi Məhəmməd Heydərli də bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, Məhəmməd Heydərli deyib ki, bütün cəhdlər və məkirli planlara baxmayaraq, bu gün Azərbaycan İranın hərbi avantüra və səmərəsiz əzələ nümayişi cəhdlərinin, bütün təhdidlərin qarşısını almağa, lazımi şəkildə cavab verməyə qadir bir dövlətdir. Onun sözlərinə görə, son günlər ərzində Azərbaycan xüsusi xidmət orqanları tərəfindən İran agentura şəbəkəsinin ifşa olunması da bunu bir daha isbatlayır.
Məhəmməd Heydərli bildirib ki, İran bəzi dini-ekstremist qrupları xüsusi tapşırıqlarla Azərbaycana istiqamətləndirir:
"Bu günə qədər Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdiklərinin təkzibolunmaz faktlarla tam sübuta yetirilib".
Mehman