Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran dövlətinin siyasətində anti-humanizm aşkar görünür -ÖZƏL

İran dövlətinin siyasətində anti-humanizm aşkar görünür


Mövcud idarəçilik və rejimə qarşı etiraza qalxan sadə və silahsız xalq kütlələrinə qarşı İran rejimi hərbi güc tətbiq edərək yüzlərlə insanın həyatına son qoyur. Dünəndən başlayaraq rejim hakimiyyətə qarşı etiraza qalxan insanlara qarşı daha sərt tədbirlər həyata keçirməyə başlayıb.

Newscenter.az-ın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının üzvü Məhəmməd Heydərli deyib ki, İslamda insanların hüquq və azadlıqlarına verilən dəyərlərə, islam əxlaqında qonşu ilə, xüsusən dini bir qonşu ilə münasibətlərə olduqca böyük önəm verilsə, dərin humanizm özünü göstərsə də, indiki İran hakimiyyətinin qurduğu cəmiyyətdə bu halların tam əksini müşahidə edirik. Hakim partiya təmsilçisinin sözlərinə görə, tarixə nəzər salsaq, görərik ki, İranda seçkilər vasitəsilə kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq yürüdülən siyasətin mahiyyəti dəyişməz olaraq qalmaqdadır:

"Yenə də qanla, müharibə ilə, terrorla təhdidlər, insanların hüquqlarına qarşı çıxmalar, ölkə ərazisində yaşayan müxtəlif xalqların dil və mədəniyyətinə basqılar və s. anti-humanist aktlar bu gün də İran dövlətinin siyasətində özünü göstərir"

Mehman
Xəbəri paylaş