Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Separatçılar təxribat təlimatını Moskvadan alır -ÖZƏL

Separatçılar təxribat təlimatını Moskvadan alır


Erməni separatçılarını Şuşanı atəşə tutmağa Qarabağdakı rusiyalı hərbçilər təşviq ediblər, onlar isə təlimatı Moskvadan alıblar.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, bu təxribatın məqsədi odur ki, bölgədə Rusiya hərbi missiyasının vaxtı daha da uzadılsın:

"Kremlin məntiqinə görə, əgər Qarabağda tərəflər müharibədən sonra da bir-birlərinə atəş açırlarsa, deməli “Rusiyanın azərbaycanlılarla ermənilər arasında hakim rolunda çıxış etməsinə hələ uzun müddət ehtiyac var”. Bizim Kremlin “məntiqinə” qarşı arqumentimiz bu olmalıdır: “Sizin “hakimliyiniz” Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına maneədir. 3 ildən sonra bölgəni tərk etməyə hazırlaşın. Ancaq buna qədər erməni separatçılarının tərksilah edilməsi Azərbaycanın haqqıdır”.

Mehman
Xəbəri paylaş