Artıq bir neçə gündür ki, Ermənistan sistemli şəkildə sərhəddə vəziyyəti bilərəkdən gərginləşdirir, davamlı təxribatlar həyata keçirir. Xüsusilə, gərginliyin Rusiya Federasiyasının prezidenti Vladimir Putinin İrəvana səfəri və KTMT-nin bu ölkədə keçirilən toplamtısı ərəfəsində təsadüf etməsi bəzi qaranlıq məqamlardan xəbər verir.
Baş verən proseslərlə bağlı Newscenter.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, Qarabağda vəziyyət yaxın günlərdə daha da gərginləşə bilər:
"Bu gün İrəvanda keçrilən KTMT sammiti və Rusiya prezidenti Vladimir Putinin bu sammitdə iştirakından sonra istər Ermənistan-Azərbaycan dövlət sərhəddində, istərsə də Rusiya "sülhməramlıları"nın müvəqqəti dislokasiya edildiyi Azərbaycanın Qarabağ bölgəsində vəziyyətin gərginləşməsi gözləniləndir. Nəzərə almaq lazımdır ki, Rusiya və Ermənistan tərəfi bunun üçün lazımı şəraiti formalaşdırırlar. Odur ki, hazırlıqlı olmaq lazımdır. Yəni anti-terror əməliyyatlarının keçrilməsi getdikcə tələbə çevrilir".
Anar