Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belqrad Bakı ilə əməkdaşlığa xüsusi önəm verir -ÖZƏL

Belqrad Bakı ilə əməkdaşlığa xüsusi önəm verir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafına öz müsbət təsirini göstərəcək. Səfər çərçivəsində imzalanan sənədlər Bakı ilə Belqrad arasında əməkdaşlıq üçün yeni imkanlar açacaq.

Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun Azərbaycan prezidentinin Serbiyays səfərinə dair açıqlamasında yer alıb. Qrup hesab edir ki, bu gün əksər Avropa ölkələri kimi Serbiyanın da Azərbaycanın enerji resurslarına, neft və qazına ehtiyacı var:

Ona görə də Belqrad Bakı ilə əməkdaşlığa xüsusi önəm verir".

Analitik Qrup hesab edir ki, Azərbaycan prezidentini hava limanında Serbiya prezidenti Aleksandar Vuçiç tərəfindən qarşılanması, dövlət başçısının təyyarəsinin təhlükəsizlik üçün Serbiyaya məxsus qırıcı təyyarələrlə müşayiət edilməsi öz növbəsində Azərbaycan liderinə olan hörmət və ehtiramın göstəricisidir.

Anar Əliyev
Xəbəri paylaş