Bu gün İsveçrənin Cenevrə şəhərindəki BMT-nin daimi nümayəndəliyi qarşısında İranda baş verən hadisələrlə bağlı etiraz aksiyası keçiriləcək.
Bu barədə məlumatı Newscenter.az-a əslən Güney Azərbaycanın Sulduz vilayətindən olan Rəhim Sulduzlu verib. O bildirb ki, aksiyanın kieçirilməsi üçün artıq Cenevrə polis departamentliyindən razılıq da alınıb:
"İsveçrədəki Güney Azərbaycan fəallarının iştirak etdiyi aksiyada İran rejiminin Tehran və ətraf ərazilərdə, şəhər və vilayətlərdə dinc eturaz edən xalqa qarşı qəddarlıq nümayiş etdirməsi, minlərlə insanın qətlət yetirilməsi, bir o qədər insanın xəsarət alması və zindanlara atılması ilə bağlı bilgilər BMT-nin daimi nümayəndəliyinə təqdim ediləcək".
Mehman