Jurnalist Cin Kearroll ABŞ-ın keçmiş prezidenti Donald Trampı zorlama cəhdində günahlandırara siyasətçiyə qarşı yeni iddia qaldırıb.
Newscenter.az bu barədə “Associated Press”ə istinadən xəbər verir.
Jurnalistin iddiasına görə, hadisə bir neçə il əvvəl olub. Nəşr qeyd edir ki, Kerroll Nyu-Yorkda sənədləri təqdim edib, çünki cinsi zorakılıq qurbanlarına bir neçə onilliklər əvvəl baş vermiş hücumlarla bağlı iddia qaldırmağa icazə verən qanun qüvvəyə minib.
Kerroll yeni açıqlamasında Trampın onu zorlayarkən onu döydüyünü və keçmiş prezidentin zorlama iddialarını rədd edərkən ona böhtan atdığını iddia edib.
Qadın iddia edir ki, hadisələr Nyu-Yorkda univermaqda olan paltardəyişmə otağında baş verib. Kerrollun sözlərinə görə, Tramp qız üçün hədiyyə axtardığını deyib və onu soyunub-geyinmə otağına şirnikləndirib və orada onu tutaraq zorakılıq hərəkətləri edib. Qız sonda Trampı itələyərək qaçmağı bacarıb.
Kerrollun sözlərinə görə, o, hücumu polisə bildirməyib, iki yaxın dostuna deyib. Kerrolun iki dostu zorakılıq hadisəsini təsdiqləyib. Bundan sonra Ağ Ev bəyanat yayaraq, ittihamları rədd etməklə, onları "tamamilə yalan və qeyri-real hekayə" adlandırıb. Trampın özü də ittihamları rədd edərək bildirib ki, Kerroll “onun zövqüncə deyil”.
Anar Tagıyev