Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan hələ indi DİN yaradır, Paşinyanın hakimiyyəti gücləndirilir -ÖZƏL

Ermənistan hələ indi DİN yaradır, Paşinyanın hakimiyyəti gücləndirilir


Ermənistan hökuməti növbəti iclasında Polis Xidməti, Xilasetmə Xidməti və Miqrasiya Xidmətinin daxil olduğu Daxili İşlər Nazirliyinin yaradılması və Fövqəladə Hallar Nazirliyinin ləğv edilməsi barədə qərar qəbul edib.

Newscenter.az xəbər verir ki, iclas yerli xəbər portalları tərəfindən yayımlanıb.

“Bu qərarla biz üç böyük idarənin daxil olacağı Daxili İşlər Nazirliyi yaradırıq”, - ölkənin baş naziri Nikol Paşinyan deyib.
Hökumətin qərarına əsasən, respublikanın daxili qoşunları polis mühafizəsi ilə əvəz olunur, digər qərarla Dövlət Təhlükəsizliyi Xidməti Milli Təhlükəsizlik Xidmətinin tərkibindən çıxır və birbaşa Baş nazirə tabedir. Ermənistan hökumətinin bu qərarları parlament və respublika prezidenti tərəfindən təsdiqlənməlidir.

Newscenter.az xatırladır ki, Ermənistanda bu günə qədər Daxili İşlər Nazirliyi mövcud deyildi. Ölkədə DİN-in səlahiyyətini Ermənistan Polisi həyata keçirirdi. Bu qurumda son vaxtlar külli miqdarda korrupsiya, rüşvət faktları aşkarlanıb.

Anar TAĞIYEV
Xəbəri paylaş