Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hulusi Akar və Sergey Şoyqu Suriyanın şimalındakı vəziyyəti müzakirə edib

Hulusi Akar və Sergey Şoyqu Suriyanın şimalındakı vəziyyəti müzakirə edib


Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akarla Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu noyabrın 24-də telefon danışığı zamanı Suriyanın şimalındakı vəziyyəti müzakirə edib.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Nazirlər Ukraynanın dəniz limanlarından taxıl və gübrənin daşınması üzrə “Qara dəniz təşəbbüsü”nün də reallaşmasına dair fikir mübadiləsi aparıblar.
Xəbəri paylaş