Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşğalçı ölkə məhz molla rejimi altında gizlənmiş İrandır -ÖZƏL

İşğalçı ölkə məhz molla rejimi altında gizlənmiş İrandır


İran dildə bir söz desə də, əməldə onun əksini ortaya qoyur. Bir neçə gün əvvəl İranın ali dini liderinin Azərbaycanla bağlı səsləndirdiyi xoş sözlərin üzərində çox keçmədən yenidən cənub qonşumuzda ölkəmiz hədəf götürüldü. Paralel olaraq Ermənistana dəstəyin yeni "nümunələri" ortaya çıxdı. Molla rejiminin Ermənistandakı səfiri bir daha açıqlama verərək özlərinin uydurduqları qırmızı xəttdən danışdı.

İranın pozuculuq fəaliyyətləri ilə bağlı fikirlərini ifadə edən Yeni Azərbaycan Partiyasının üzvü Anar Məmmədov deyib ki, bu gün İran regionda sülh və əmin-amanlığın pozulmasına çalışır və əgər buna addım atmaq istərsə, başının üzərində Dəmir Yumruğun zərbəsini hiss edəcəkdir.

Onun sözlərinə görə, İran tərəfi Ermənistanı dəstəkləməklə Azərbaycana qarşı siyasi, iqtisadi və mədəni təzyiqlər göstərməyə cəhd edir:

"44 günlük tarixi zəfərimizlə barışa bilməyən qonşu İran Ermənistan vasitəsilə ölkəmizin daxili işlərinə qarışmağa səy göstərir. Ermənistan və Azərbaycan arasında olan bəzi məsələləri özünün “Qırmızı xətti” kimi qələmə verərək, Zəngəzur layihəsinin həyata keçməsini əngəlləməyə çalışırlar. Tarixən bəllidir ki, İran Respublikası başqa ölkələrə qarşı iddialar irəli sürmüş, həmin ölkələrin ərazilərini işğal etmək istəmişdir. Cəmi iki əsr öncəyə qayıtsaq görərik ki, işğalçı ölkə məhz molla rejimi altında gizlənmiş İrandır".

Mehman
Xəbəri paylaş