Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KTMT üçün önəmli olmayan ölkə -ÖZƏL

KTMT üçün önəmli olmayan ölkə


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ötən gün Ermənistanda keçirilən toplantısı bu ölkə üçün uğursuzluqla yadda qaldı. Təşkilatda tam bir fiaskoyla üzləşən İrəvan yekun qətnaməyə də imza atmadı.

Milli Məclisin deputatı Sahib Alıyev Newscenter.az-a açıqlamasında bunun səbəbinin elə Ermənistanın özündə olduğunu söyləyib. Millət vəkilinin sözlərinə görə, KTMT-nin İrəvan sammiti həm Ermənsitanın o qurum üçün, həm də qurumun Ermənistan üçün elə də bir önəminin olmadığını ortaya qoydu:

"Belə bir mənzərənin üzə çıxmasında isə paradoksal görünsə də, ən maraqlı tərəf elə rəsmi İrəvan özüdür. Çünki Ermənistan baş nazirinin qərbdəki kuratorları ona KTMT-ni tərk etmək əmri veriblər. Putin Ermənistanda olarkən Rusiya və KTMT əleyhinə keçirilən mitinq də elə bunun üçün idi və onu məhz Paşinyanın komandası təşkil etmişdi".

Mehman
Xəbəri paylaş