Qarabağda təhlükəli proseslər gedir. Separatçıların ciddi şəkildə silahlanması prosesi fonunda Rusiya sülhmıramlılarının buna göz yumması təəssüf doğurur. Baxmayaraq ki, üçtərəfli bəyanata uyğun olaraq separatçıların bütün hərbi birləşmələri ləğv edilməli idi, lakin görünən odur ki, əksinə Moskva bu prosesi daha da sürətləndirir. Əks halda Rusiya sülhməramlıları separatçıların silahlandırılmasına şərait yaratmazdı. Elə politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir.
Newscenter.az-a verdiyi açıqlamada o qeyd edib ki, Azərbaycan tərəfi təcili şəkildə Laçın dəhlizini bağlamalıdır:
"Rusiya Qarabağa zirehli texnika və silah-sursat daşıyır. Ermənistanla sülhə mane olmaq üçün Qarabağda yeni müharibəyə silhahli erməni birləşmələrini hazırlaşdırır. Getdikcə proseslər ciddiləşir və biz hələ də Laçın dəhlizini bağlamırıq. Gözləyirik ki, xeyli silah sursat yığılsın?".
Məhəmməd Əsədullazadə hesab edir ki, artıq vaxtdır və Qarabağda silhahli erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar başlamali, Laçın dəhlizi bağlanmalıdır.
Mehman