Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Partiyalarla bağlı yeni qanun layihəsi demokratik prinsiplərə əməl edilməklə hazırlanıb -ÖZƏL

Partiyalarla bağlı yeni qanun layihəsi demokratik prinsiplərə əməl edilməklə hazırlanıb


"Siyasi partiyalar haqqında" yeni qanun layihəsinə ölkədə fəaliyyət göstərən əksər siyasi təsisatlar tərəfindən təkliflər irəli sürülsə və həmin təkliflər qanun layihəsinə daxil edilib onun ictimai müzakirəsi təşkil edilsə də, lakin sonradan bəzi təkliflərin sənəddən çıxarıldığı məlum oldu. Belə olan halda isə ortaya maraqqlı sual çıxır. Siyasi partiyaların təqdim etdiyi bəzi təkliflər niyə nəzərə alınmadı və qanun layihəsindən çıxarıldı?

Newscenter.az-a məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Cavid Osmanovun sözlərinə görə, qanun layihəsində müdafiə olunmayan təkliflərin sənəddən çıxarılması, əvəzində demokratik norma və prinsiplərə daha çox üstünlük verilməsi sübut edir ki, qanun layihəsi xalqın siyasi iradəsini ifadə edir.

Millət vəkili bildirib ki, dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında əsas institutlardan biri partiyalardır:

“Odur ki, partiyalarla bağlı yeni qanun layihəsi demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitində hazırlanıb. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi sağlam siyasi mühitin formalaşmasında, yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilıməsində mühüm əhəmiyyətə malik olacaq. Qanun layihəsi çoxpartiyalı sistemin yaradılmasına, partiyaların ölkənin ictimai-siyasi həyatında rolunun artmasına xidmət edəcək”.

Mehman
Xəbəri paylaş