"Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvan toplantısının yekun qətnaməsini imzalamaqdan imtina etməsi bu ölkənin açıq-aşkar Kremlə qarşı dirəniş göstərməsi deməkdir".
Bu fikirləri Newscenter.az-a Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayilbəyli səsləndirib. Onun sözlərinə görə, İrəvan bu gedişi ilə Rusiyadan Qarabağ məsələsi və sülh danışıqları prosesində hansısa divident əldə etməyə çalışır:
"Düşünürəm ki, burada da xarici amil, daha doğrusu Fransa amili əsas rol oynayır. Bir qədər də dəqiqləşdirsək, Fransa prezidenti Emmanuel Makron Ermənistan baş nazirini bu cür şıltaq hərəkətlərə meyilləndirir. Son günlər sərhəddə erməni təxribatlarının artmasında da məhz Fransanın Ermənistana vermiş olduğu, əslində isə bölgədə yeni bir müharibənin alovlanmasına xidmət edən dəstəyi əsas rol oynayır".
MVP rəsmi hesab edir ki, Paşinyanın Rusiyaya dirəniş göstərməsinə Kremlin adekvat cavabı gecikməyəcək.
Mehman