Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri başlanıb

Qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri başlanıb


Qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri başlanıb.

Bu barədə Newscenter.az-a Baş Prokurorluqdan məlumat verilib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhəri, Cəlilabad və Lerik rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Araşdırmalarla müəyyən edilib ki, Bakı şəhəri, Səbail rayonunda abadlaşma işləri aparılarkən şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə meşə fonduna daxil olmayan, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad rayonu ərazisində, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində meşə fonduna daxil olan ümumilikdə 107 ədəd ağacın kəsilməsi nəticəsində ekosistemə 7 min manatdan çox ziyan vurulub.

Fakt üzrə Cinayət Məcəlləsinin 259.1 və 259.2.3-cü maddələri ilə (qanunsuz ağac kəsmə) cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilmiş, həmçinin ziyanın ödənilməsinin təmin ediləsi üçün zəruri tədbirlər görülüb.

Mehman
Xəbəri paylaş