Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Serbiyada Azərbaycana, onun liderinə etibarlı tərəfdaş kimi baxırlar

Serbiyada Azərbaycana, onun liderinə etibarlı tərəfdaş kimi baxırlar


Azərbaycan və Serbiya münasibətlərində yeni mərhələnin başlanğıcı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri Bakı ilə Belqrad arasında əlaqələrin inkişafına yeni bir mərhələnin açılmasına səbəb olacaq.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, səfər çərçivəsində imzalanan sənədlər belə deməyə əsas verir:

“1997-ci ildən iki ölkə arasında qurulan diplomatik əlaqələr bu gün özünün ən yüksəliş dövrünü yaşayır desək yanılmarıq. Hər iki ölkə liderinin bir-birinə olan səmimi və mehriban münasibəti ölkələr arasında əməkdaşlığın daha geniş formatda inkişafına da zəmin yaradır”.

İctimai Birlik sədri deyib ki, bu gün Serbiyada Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə çox böyük hörmət və ehtiram var: “Serbiya prezidenti Aleksandar Vuçiçin Azərbaycan dövlət başçısını qarşılamaq üçün hava limanına gəlməsi, eləcə də yolasalma mərasimində Serbiya prezidentinin birbaşa iştirak etməsi, Cənab İlham Əliyevin təyyarəsinin Serbuya hava məkanında qırıcı təyyarələrlə müşayət olunması ölkə başçımıza olan hörmətin, ehtiramın əyani sübutudur”.

Mehman

Arzuman Muradlı bildirib ki, əksər Avropa ölkələrində olduğu kimi Serbiyada da Azərbaycana, onun liderinə etibarlı tərəfdaş kimi baxırlar: “Serbiya prezidentinin azərbaycanlı həmkarı ilə görüş zamanı "Biz Prezident İlham Əliyevə inanırıq, onun sözü imzasına bərabərdir” deyə ifadə işlətməsi də Azərbaycan liderinin Avropadakı nüfuzunun, ona olan hörmət və ehtiramın, inamın göstəricisidir”.
Xəbəri paylaş