Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədəki sabitliyi, onun inkişafını gözü götürməyən qüvvələr var -ÖZƏL

Türkiyədəki sabitliyi, onun inkişafını gözü götürməyən qüvvələr var


Türkiyədəki sabitliyi, onun inkişafını gözü götürməyən qüvvələr çalışırlar ki, ölkəyə müəyyən təsir göstərib daxili siyasətdə xaos yaradaraq Ankaranı müstəqil siyasətdən vaz keçirsinlər.

Bu fikirləri Newscenter.az-a Anka Turk Birliyinin sədri, Zəfər Partiyasının mərkəzi idarə heyətinin üzvü Dr.Derya Akdemir səsləndirib. O bildirib ki, Azərbaycan və diğər Türk dövlətləri ilə bağlı yürüdülən siyasət də əslində Türkiyənin xarici siyasətdə əlini güçləndirən amillərdəndir:

“İranda baş verənlər və baş verəcəklər, Zəngəzur dəhlizinin açılmasında iki qardaş ölkənin göstərdiyi dirəniş istər-istəməz Türkiyə ilə bəzi dövlətləri, xüsüsən də ABŞ-ı və Fransanı narahat edir və onları Türkiyə ilə bağlı yenidən düşünməyə vadar edir”.

Derya Akdemir deyib ki, Türkiyənin hüquq mühafizə orqanları, güc strukturları kifayət qədər ayıq sayıqdırlar və bir daha əli qanlı terror təşkilatı mənsublarının bu ölkəni qarışdırmasına imkan verməyəcəklər.

Anar
Xəbəri paylaş