Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hafiz Hacıyev: "Orada Vasif Talıbov özünə dövlət yaradıb"

Hafiz Hacıyev: "Orada Vasif Talıbov özünə dövlət yaradıb"


Son zamanlar DTX-nın Naxçıvanda keçirdiyi əməliyyatlar və vəzifəli şəxslərin qanunsuz əməllərə görə saxlanılması ölkə gündəminin ən çox müzakirə edilən mövzusuna çevrilib. Bu əməliyyatların və həbslərin Naxçıvan “xanı” Vasif Talıbovun sonunu gətirəcəyi ilə bağlı da bir sıra fikirlər səsləndirilir.

Newscenter.az-ın xəbərinə görə, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Naxçıvan bu günə qədər nəzarətdən kənar qalan bir bölgə olub: “Orada Vasif Talıbov özünə dövlət yaradıb. Talıbovun oğlanları isə Türkiyədə və digər xarici ölkələrdə “atamız yaxın vaxtlarda prezident olacaq” deyərək siyasi fəaliyyətə başlayıblar. Onların Naxçıvan camaatına etdiyi zülmlər heç bir çərçivəyə sığmır. Bu gün naxçıvanlıların İstanbulda çox pis vəziyyətdə yaşadığını hər kəs bilir. Ona görə də, DTX-nın Naxçıvanda keçirdiyi əməliyyatlar çox ağıllı, lakin bir az gecikmiş addımdır”.

Partiya sədri bildirib ki, Naxçıvanda siyasi partiyaların yerli şöbələrini yaratmağa belə icazə vermirlər: “Biz dəfələrlə bu haqda müraciət etmişik, lakin imkan verməyiblər. Həmçinin İranla müəyyən əlaqələr qurmağa, xarici siyasətlərini başqa istiqamətdə aparmağa çalışıbılar. Yəni Naxçıvanda belə bir tendensiya hökm sürür. Ona görə də Vasif Talıbovun bu əməlləri cavabsız qalmamalı idi. Xatırlayırsınızsa Ramiz Mehdiyevin dövlətçiliyə qarşı yönələn əməllərini pisləyərkən, Vasif Talıbovun oğlu “biz onun arxasındayıq” ifadəsini işlətməkdən çəkinmirdi. Son vaxtlar Mehdiyevin Naxçıvanda “zühur” etməsi ilə orada böyük planların qurulmasına start verilib. Ona görə də DTX-nın əməliyyatları lap yerinə düşüb”.

Hafiz Hacıyev Vasif Talıbovun vaxtının çoxdan çatdığını deyib: “Düşünürəm ki, bu əməliyyatlar davam etməli və Talıbov vəzifəsindən kənarlaşdırılmalıdır. Onun haqqında başqa cinayət faktları da araşdırmalı və əməllərinə görə cavab verməlidir”.
Xəbəri paylaş