2023-cü il "Heydər Əliyev İli" ilə əlaqədar olaraq Özbəkistanda da bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu barədə Newscenter.az-a məlumat verən Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, bununla bağlı rəhbərlik etdiyi mərkəzin hazırladığı tədbirlər planında Özbəkistandakı ali və orta təhsil müəssisələrində də bir sıra tədbirlərin təşkili nəzərdə tutulub:
"Özbəkistanın üç aparıcı Universitetinin tələbələri arasında il ərzində Ulu öndər Heydər Əliyev adına xüsusi təqaüdün təsis edilməsi nəzərdə tutulub. Təqaüd əlaçı tələbələrə veriləcək. Bundan başqa Özbəkistanın orta məktəblərində Heydər Əliyevlə bağlı esse yazı müsabiqəsinin keçirilməsi də planlaşdırılır".
Anar Əliyev