Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın tələbi Şarl Mişeli pis vəziyyətə qoyub

Paşinyanın tələbi Şarl Mişeli pis vəziyyətə qoyub


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Bakıda keçirilən beynəlxalq konfrans zamanı çıxışından məlum oldu ki, dövlət başçısı dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşdə iştirak etməyəcək. Buna səbəb isə Ermənistanın Brüssel görüşündə Fransa prezidenti Emmanuel Makronun da iştirakını tələb etməsidir.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından əli üzülən Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronsuz addım ata bilməyəcək duruma düşüb:

"Paşinyan dekabrın 7-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Emmanuel Makronun iştirakını tələb edib. Azərbaycan dövlət başçısı ermənipərəst mövqeyinə görə Makronun vasitəçiliyini qəbul etmir. Paşinyanın tələbi Avropa İttifaqının rəhbəri Şarl Mişeli pis vəziyyətə qoyub".

Politoloq deyib ki, bu il İlham Əliyevlə Nikol Paşinyan arasında Brüsseldə 4 görüş olub, heç birində Makron iştirak etməyib, vasitəçi Şarl Mişel olub:

"Makron sadəcə, Praqadakı konfrans çərçivəsində keçirilən görüşdə liderlərin görüşünə qatılıb. Paşinyanın Makrondan ikiəlli yapışmasının səbəbi bəllidir. Şarl Mişel tərəfsiz vasitəçidir, bölgədə sülh və əməkdaşlıq istəyir, Qarabağ məsələsinə qarışmır. Makron isə Mişelə tam tərs mövqedən çıxış edir. Ona görə də Paşinyan Makronu Mişelin yanında oturması tələbini irəli sürür. Şarl Mişel Paşinyana rədd cavabı verməsə, liderlərin görüşü alınmayacaq və Avropa İttifaqının rəhbərinin buna qədərki bütün zəhməti hədər gedəcək. Görüş alınmayacaqsa belə çıxacaq ki, Paşinyanın Makronu tələb etməsi Kremlin maraqlarına cavab verəcək".

Mehman
Xəbəri paylaş