Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan qadınları kiçik və orta sahibkarlıqda geniş təmsil olunurlar-JALƏ ƏHMƏDOVA

Azərbaycan qadınları kiçik və orta sahibkarlıqda geniş təmsil olunurlar-JALƏ ƏHMƏDOVA


"Azərbaycan qadınları kiçik və orta sahibkarlıqda geniş təmsil olunurlar".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova Bakı Konqres Mərkəzində Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş “Üfüqdə Yeni Fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” adlı V forumda çıxışı zamanı səsləndirib. Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə baş tutan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Avropa Parlamentinin üzvü Maria Grapini və qadın sahibkarların qatıldığı forum çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı millət vəkili qeyd edib ki, bu gün cəmiyyətin bütün sahələrində fəallıq nümayiş etdirən Azərbaycan qadınları kiçik və orta sahibkarlıqda geniş təmsil olunurlar. Ölkədə sahibkarlığın, xüsusi ilə kiçik və orta sahibkarlığın inkişafına qayğı göstərilməsi dövlətimizin daim diqqət mərkəzindədir:

"Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə imzalanmış sənədlər və verilən qərarlar, həyata keçirilən layihələr, ölkəmizdə qadın sahibkarlığının inkişafına verilən çox böyük dəstək və diqqətin bariz nümunəsidir".

Çıxışının sonunda, Jalə Əhmədova bölgələrdə yaşayan qadınların sosial-iqtisadi inkişafı və məşğulluğunun təmin olunması baxımından onların kiçik və orta sahibkarlığa cəlb olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, forum çərçivəsində AQSİA-nın üzvü olan xanımların əl işlərindən ibarət sərgi də təşkil edilib.

Ruhiyyə
Xəbəri paylaş