Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Bir qəlbi də sən isit” aksiyasına start verilib!

“Bir qəlbi də sən isit” aksiyasına start verilib!


“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı və “BRAVO” marketlər şəbəkəsinin birgə əməkdaşlığı ilə qarşıdan gələn Yeni İl münasibətilə “Bir qəlbi də sən isit” aksiyası həyata keçirilir.

Newscenter.az xəbər verir ki, 1 ay müddətində davam edəcək aksiya çərçivəsində vətəndaşların dəstəyi ilə dekabr ayı ərzində 3-14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzuları gerçəkləşdiriləcək.

Vətəndaşlarımız 25 noyabr tarixindən “BRAVO” marketlər şəbəkəsinin “20 Yanvar” və “Koroğlu” filiallarında qurulmuş xüsusi guşələrə yaxınlaşmaqla məktublarla tanış ola və öhdəliyə götürə bilərlər.

Sevinc
[related-news] [/related-news]